XƏBƏR
11:18

  Sumqayıt-Bakı qatarında yaranmış problemin SƏBƏBİ

Gündəm

Xəbər lenti

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

 

Agyol.az xəbər  verir ki,  yaranan problem artıq aradan qaldırılıb:

 

"Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir".

 

Qeyd edək ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Qatar Bakı Dəmir Yolu Vağzalına 26 dəqiqə gec çatıb.




  Yayım tarixi :05 Iyul 2019   11:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .