XƏBƏR
09:45

  Ronaldo ilə Messini Federer və Nadala bənzətdi

Gündəm

Xəbər lenti

Juventus-un futbolçusu Corcio Kyellini komanda yoldaşı Kriştiano Ronaldo ilə Barcelona-nın hücumçusu Lionel Messini müqayisə edib.

 

Portuqaliyalı hücumçu Torino ilə matçda fərqlənərək klub karyerasında 601-ci qolunu vurub. O, bu göstəricidə L.Messini (600 qol) bir qol qabaqlayıb.

 

Agyol.az xəbər verir ki, Kyellini bu iki oyunçu ilə bağlı deyib: "Onlar tennisçilər Federer və Nadala bənzəyirlər. Bir gün Ronaldo, başqa bir gün  isə Messi dünyanın ən güclüsü olur. Ancaq gerçək odur ki, onlar başqa idman növündə oynayan yadplanetlidirlər".




  Yayım tarixi :05 Iyul 2019   09:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .