XƏBƏR
21:16

  Buffon yenidən "Yuventus"a qayıtdı

Gündəm

Xəbər lenti

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıdıb.

 

Agyol.az ın məlumatına görə, 41 yaşlı qapıçı tibbi müayinədən keçmək üçün artıq Turinə gəlib. Müayinədən sonra sabiq klubu ilə bir illik müqavilə imzalayacaq.

 

Qeyd edilir ki, italiyalı qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.

 

Xatırladaq ki, C.Buffon 2002-ci ildə "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçmişdi. İtaliya millisinin keçmiş üzvü ötən yay PSJ ilə müqavilə bağlamışdı.




  Yayım tarixi :04 Iyul 2019   21:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .