XƏBƏR
14:20

  "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" layihəsinə yekun vurulub (FOTO)

Gündəm

Xəbər lenti

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" layihəsinin yekunu və eyni adlı portalın təqdimatı keçirilib.

 

Agyol.az xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər, yəni, 1960-cu illərdə Azərbaycan SSRİ-nin ən geridə qalmış ölkələrindən biri idi:

 

"Ölkədə tənəzzül müşahidə olunurdu və mənəvi-psixoloji durum yerində deyildi. Azərbaycan bütün göstəricilər üzrə geridə idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə ölkə inkişaf etdi. Bu inkişaf özünü bütün sahələrdə göstərdi. Azərbaycan sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Ulu öndərin hakimiyyəti dövründə milli şüurun möhkəmlənməsinə təkan verildi".

 

Baş nazirin müavini bildirib ki, müstəqillik illərində Azərbaycanın inkişafının əsası Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə qoyulub.

 

Ə.Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bütün bunları nəzərə alaraq onun şəxsi xidmətlərini qiymətləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu gün də bununla bağlı sənədli rolik hazırlanıb.

 

Sonra tədbir iştirakçıları çıxış edərək, fikirlərini bölüşüblər




  Yayım tarixi :04 Iyul 2019   14:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .