XƏBƏR
14:15

  Buradan uzaq durun! 1 saatda 13 zəlzələ...

Gündəm

Xəbər lenti

İranın şimalında yerləşən Simnan vilayətinin Damğan rayonunda bir saat ərzində 13 dəfə ardıcıl zəlzələ baş verib.

 

Agyol.az xəbər verir  ki,  bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

 

Bir saat ərzində baş verən yeraltı təkanların birincisi 2,5 bal gücündə olsa da, 10:57-də qeydə alınan yeraltı təkan 4,7 bal gücündə olub.

 

İndiyədək ehtimal olunan itki haqda məlumat verilməyib.

 

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər xəsarət almışdı.

 




  Yayım tarixi :04 Iyul 2019   14:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .