XƏBƏR
21:58

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb

Gündəm

Xəbər lenti

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.

 

Agyol.az xəbər verir ki, Leyla Əliyevaya körpələr evi haqqında məlumat verildi. Bildirildi ki, hazırda burada 3 yaşadək 16 uşaq var.

 

Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşdü.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu uşaq müəssisəsinin fəaliyyətini daim diqqətdə saxlayır, buradakı balacalara xüsusi qayğı ilə yanaşır, mütəmadi olaraq körpələr evini ziyarət edirlər. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atıb. Fondun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yerlərdən birini tutur. Bütün bunlar sübut edir ki, Fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.

 




  Yayım tarixi :03 Iyul 2019   21:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .