XƏBƏR
09:33

  "Messini zərərsizləşdirmək mümkün deyil" - Tite

Gündəm

Xəbər lenti

Braziliya yığmasının baş məşqçisi Tite Amerika Kubokunun yarımfinal mərhələsində Argentina ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

 

Agyol.az  xəbər verir ki, təcrübəli mütəxəssis meydan amilindən yararlanmaq istədiklərini söyləyib. Tite rəqibin ən təhlükəli oyunçusu olan Lionel Messini zərərsizləşdirməyin mümkünsüz olduğunu da etiraf edib:

 

"Biz argentinalıların fərdi bacarıqlarından danışmırıq. Onlar komanda olaraq böyüyüblər. Kollektiv individuallığı gücləndirir. Messini oyundan çıxara bilməzsiniz. Onu yavaşlatmaq olar, amma tamamilə zərərsizləşdirmək mümkün deyil. Bizdə Koutinyo, Firmino və Neres həlledici rolu oynaya bilərlər. Əgər azarkeşlər oteldəki kimi dəstək versələr, bu bizə əlavə güc qazandıracaq".

 

Qeyd edək ki, Braziliya - Argentina görüşü iyulun 2-dən 3-nə keçən gecə keçiriləcək və Bakı vaxtı ilə 03:30-da start götürəcək.




  Yayım tarixi :03 Iyul 2019   09:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .