XƏBƏR
10:30

  Ərdoğan Çində Bakı-Tbilisi-Qars dəmir yolundan danışdı

Gündəm

Xəbər lenti

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ən mühüm nəqliyyat layihələrindən biridir.

 

Agyol.az ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib.

 

Türkiyəli liderin sözlərinə görə, BTQ və bütün digər nəqliyyat marşrutları Pekini Londonla birləşdirir ki, bu da bir daha bu layihələrin əhəmiyyətini sübut edir.

 

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

 

Qeyd edək ki, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.

 




  Yayım tarixi :02 Iyul 2019   10:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .