XƏBƏR
09:36

  Yaponiya və Türkiyə liderləri birlikdə Yaxın Şərqdə gərginliyin azaldılmana çalışacaqlar

Gündəm

Xəbər lenti

Yaponiyanın Baş naziri Şinzo Abe və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə gərginliyin aradan qaldırılması üçün birlikdə çalışacaqlar.


Agyol.az xəbər verir ki, bu barədə razılaşma Yaponiya və Türkiyə liderlərinin Tokioda keçirilən görüşü zamanı əldə edilib.

Yaponiyanın Baş naziri və Türkiyə Prezidenti ötən həftə Osakada keçirilən G20 ölkələri liderlərinin sammitindən sonra görüşüblər.

Görüş zamanı Ş.Abe və R.T.Ərdoğan bildiriblər ki, Yaxın Şərqə sülhün gətirilməsi üçün əməkdaşlığı gücləndirəcəklər. Ötən ay onlar ayrı-ayrılıqda İran Prezidenti Həsən Ruhani ilə görüşüblər.

Baş nazir deyib ki, Yaponiya vətəndaş müharibəsi nəticəsində ölkəni tərk edərək qonşu Türkiyəyə sığınan suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşmasına kömək edəcək.

Liderlər, eyni zamanda, iqtisadi əməkdaşlıq barədə razılaşmanın əldə edilməsi üçün danışıqların sürətləndirilməsi, təbii fəlakətlərə qarşı hazırlıq işlərinin görülməsi sahələrində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

 




  Yayım tarixi :02 Iyul 2019   09:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .