XƏBƏR
17:41

  Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb

Gündəm

Xəbər lenti
Prezident İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, on min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.




  Yayım tarixi :01 Iyul 2019   17:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .