XƏBƏR
11:00

  Rumıniyanın televiziya kanalı “Yanardağ” Qoruğu barədə məlumat yayımlayıb

Gündəm

Xəbər lenti
Rumıniyanın “Antena 1” televiziya kanalı “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu barədə məlumat yayıb.

Agyol.az xəbər verir ki, Azərbaycanın mədəniyyəti və adət-ənənələri barədə danışılan məlumatda “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun adı da çəkilib, müxtəlif şəkillər göstərilib, qoruğun tarixi və mənası barədə danışılıb.

Bildirilib ki, burada çıxan təbii qazın hesabına ərazidəki od heç vaxt sönmür. İstənilən hava şəraitində bu möcüzə davam edir və xüsusən gecələr insanları valeh edir. Qeyd edilib ki, Yanardağ xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan hesab olunur.




  Yayım tarixi :01 Iyul 2019   11:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .