XƏBƏR
16:07

  Rafael Ağayev və Firdovsi Fərzəliyev II Avropa Oyunlarında yarımfinala yüksəlib

Gündəm

Xəbər lenti

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.

 

Agyol.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.

 

Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, Emil Pavlovu (Makedoniya) 3:3 hesabı ilə məğlub edib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub.

 

F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.

 

75 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edən idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.

 

Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.




  Yayım tarixi :30 Iyun 2019   16:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .