XƏBƏR
20:37

  Karateçimiz İkinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb

Gündəm

Xəbər lenti
Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Agyol.az xəbər verir ki, karateçimiz finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, idmançımız yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalıb gəlib.

Bununla da Azərbaycan millisi “Minsk 2019” ikinci Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb. Qızıl medalları ölkəmizin aktivinə güləşçilərimiz Mahir Əmiraslanov, Hacı Əliyev, Mariya Stadnik, boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.




  Yayım tarixi :29 Iyun 2019   20:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .