XƏBƏR
21:00

  Mariya Stadnik II Avropa Oyunlarında qızıl medal qazanıb

Gündəm

Xəbər lenti
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik qızıl medal qazanıb.

Agyol.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə ukraynalı Oksana Livaçla qarşılaşıb.

M.Stadnik mübarizəni 7:1 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, Mariya Stadnik mübarizəyə 1/4 finaldan başlayıb və ilk görüşdə cəmi 52 saniyəyə polşalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Yığmamızın lideri Türkiyə güləşçisinə də şans verməyərək finala adlayıb.




  Yayım tarixi :28 Iyun 2019   21:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .