XƏBƏR
14:37

  Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 26 mindən çox namizəd ərizəsini təsdiqləyib

Gündəm

Xəbər lenti

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 29 mindən çox namizəd elektron qeydiyyatdan keçib. Onlardan 26 mindən çoxu isə elektron ərizəsini təsdiqləyib.


Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.

Agyol.az xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaqlar. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin idman zalında keçirilməsi nəzərdə tutulub.

 




  Yayım tarixi :28 Iyun 2019   14:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .