XƏBƏR
12:15

  G20 ölkələrinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü olub

Gündəm

Xəbər lenti

Yaponiyada keçirilən G20 ölkələrinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın görüşü olub.

 

Agyol.az xəbər verir ki, görüşdə İran, Suriya, Venesuaela və Ukraynadakı vəziyyət müzakirə edilib.

 

Rusiya mətbuatının yaydığı xəbərə görə, tərəflər Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasının hər iki ölkənin maraqlarına uyğun gəldiyini bildiriblər. Bundan əlavə, prezidentlər silahlara müasir nəzarət modelinə dair danışıqları davam etdirmək barədə razılığa gəliblər.

 

Xatırladaq ki, bu, iki ölkə liderinin 3-cü görüşüdür. Bundan əvvəl onlar Buenos-Ayresdə və Helsinkidə görüşmüşdülər.




  Yayım tarixi :28 Iyun 2019   12:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .