XƏBƏR
09:47

  Özbəkistanda ilk qadın universiteti yaradılır

Gündəm

Xəbər lenti

Özbəkistanda Koreya Respublikasının Kyunq-in Qadın Universitetinin filialı açılacaq.

 

Agyol.az xəbər verir ki, Daşkənddə Kyunq-in Beynəlxalq Universitetində ancaq qadınlar təhsil alacaqlar. Bu, Müstəqil Dövlətlər Birliyi məkanında ilk qadın universiteti olacaq.

 

Universitetdə toxuculuq, dizayn, dəb, aviasiya, turizm, səhiyyə, gözəllik sənayesi və digər sahələrdə mütəxəssislər hazırlanacaq. Ali təhsil ocağında müasir tədris avadanlığı, laboratoriyalar, zəngin kitabxana fondu yaradılacaq, tədris prosesində qabaqcıl xarici təcrübədən istifadə ediləcək.




  Yayım tarixi :28 Iyun 2019   09:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .