XƏBƏR
12:06

  Silahlı Qüvvələr Günü Moskvada qeyd olunub (FOTO)

Gündəm

Xəbər lenti

Azərbaycan Silahlı Qüvvələr Günü Rusiya paytaxtı Moskva şəhərində qeyd olunub.

 

Agyol.az xəbər verir ki,  tədbirdə ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov, xarici dövlətlərin hərbi attaşeləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan səfir P.Bülbüloğlu 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ən vacib qərarlarından birinin Azərbaycan Ordusunun yaradılması haqqında qərarı olduğunu söyləyib.

“Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa olundu. Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox ağır keçdi. Azərbaycan böyük problemlərlə, iqtisadi böhranla üzləşdi. Hakimiyyət uğurunda mübarizə vəziyyəti daha da çətinləşdirdi.

 

Belə ağır vəziyyətdə Azərbaycan xalqı müdriklik göstərərək görkəmli ictimai-siyasi xadim Heydər Əliyevə müraciət edərək onu respublikaya rəhbərlik etməyə dəvət etdi. Böyük liderin hakimiyyətə gəlişindən sonra vəziyyət sabitləşdi və Azərbaycan çətin vəziyyətdən çıxa bildi. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ilk növbədə qəbul olunan vacib qərarlardan biri mütəşəkkil ordunun yaradılması oldu.

 

1993-cü ildən Azərbaycan inkişaf yolu ilə irəliləyir. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində də bu iş yüksələn templə davam edir”, - deyə P.Bülbüloğlu bildirib.

 

Tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov Azərbaycan Ordusunun hazırkı vəziyyəti haqqında məlumat verib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu bildirib.

 

Nazir müavini Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıqdan da danışıb. O, bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

 

Silahlı Qüvvələr Gününə həsr olunan tədbir bədii hissə ilə davam edib.

 




  Yayım tarixi :27 Iyun 2019   12:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .