XƏBƏR
10:49

  Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi - “Minsk 2019”da bu gün nələr olacaq?

Gündəm

Xəbər lenti

Bu gün “Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

 

Agyol.az xəbər verir ki,  Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Həmçinin, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar. 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev Bakı vaxtı ilə saat 19:50 radələrində Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. 97 kq çəki dərəcəsində isə Nurməhəmməd Hacıyev Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə güləşəcək. Bu mübarizənin isə saat 20:40 radələrində olacağı bildirilir.

 

Bu gün Azərbaycan idmançıları stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da iştirak edəcək.

 

Qeyd edək ki, Azərbaycan İkinci Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada yer alır




  Yayım tarixi :27 Iyun 2019   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .