XƏBƏR
17:44

  Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub (FOTO)

Gündəm

Xəbər lenti

 Silahlı Qüvvələri Günü Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunub.

Agyol.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin və attaşe aparatının əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Onlar müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri düzüblər.

Bayram tədbirində Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz, müavinləri – polkovnik-leytenant Əkrəm Karakuş və mayor Aydın Tokuşlu, həmçinin Azərbaycan mediasının bu ölkədəki nümayəndələri də iştirak ediblər.

Türkiyəli zabitlər və Azərbaycanın media nümayəndələri bütün türk dünyasının dahi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən səfir D.Həsənov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib, onlara uğurlar arzulayıb.

Hərbi attaşe aparatının zabitləri parka toplaşan insanlara müstəqil Azərbaycan dövləti və ordusunun inkişafı, Azərbaycanın demokratik, sülhsevər ölkə olması barədə məlumat veriblər.




  Yayım tarixi :26 Iyun 2019   17:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .