XƏBƏR
12:16

  Bakıda 32-34 dərəcə, dəyişkən buludlu - Çimərliklərdə isə... - HAVA PROQNOZU

Gündəm

Xəbər lenti

İyunun 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Agyol.az  xəbər verir ki, havanın temperaturu  gecə 20-25° isti, gündüz  30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 32-34°  isti, atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.   

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Dəniz suyunun temperaturu  25-26° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında 

Əksər rayonlarda əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti,  gündüz  25-30°  isti təşkil edəcək.




  Yayım tarixi :26 Iyun 2019   12:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .