XƏBƏR
11:09

  Altı hərbçimizə general rütbəsi təqdim olundu - VİDEO

Gündəm

Xəbər lenti

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

 

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Azərbaycan Ordusunun 6 polkovnikinə - Qədir Əşrəf oğlu Nəsibova, Rasim Rza oğlu Babayevə, Vüqar Əfqan oğlu Əliverdiyevə, Polad İsrayıl oğlu Həşimova, İlqar Zakir oğlu Lətifova və Məhəmməd Kərim oğlu Həsənova general-mayor rütbəsi verilib. Bundan əlavə, iki general-mayora - Fuad Nadir oğlu Məmmədov və Zahid İbrahim oğlu Hüseynova isə general-leytenant ali hərbi rütbəsi verilib.

 




  Yayım tarixi :26 Iyun 2019   11:09

 








Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .