XƏBƏR
12:54

  İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı

Gündəm

Xəbər lenti

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

 

Agyol.az xəbər verir ki,  bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.

 

Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib.

 

Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib.

 

Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib.




  Yayım tarixi :25 Iyun 2019   12:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .