XƏBƏR
12:37

  Baş nazirin müavini: Bolqarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı üçün yeni imkanlar açıla bilər (ÖZƏL)

Gündəm

Xəbər lenti

Bolqarıstan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir və bu ölkəni Cənubi Qafqazda və ümumilikdə Qara dəniz regionunda prioritet tərəfdaşı qismində görür.

 

Agyol.az  verdiyi məlumata  görə, müsahibəsində Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva deyib.

 

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin dərinləşməsi üçün əsas 2015-ci ilin martında Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanmış Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq barədə Birgə bəyannamədir.

 

Y.Zaxariyeva qeyd edib ki, ölkələr arasında ikitərəfli ticarətin həcmi daim artır:

 

“Bolqarıstanın statistik məlumatlarına əsasən, son ildə ticarət dövriyyəsi 34,1 faiz artaraq 24,5 milyon dollara bərabər olub. Əczaçılıq preparatları Azərbaycana ixracın vacib tərkib hissəsidir. Bu artım və siyasi əlaqələrə baxmayaraq, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq mövcud potensiala uyğun deyil. Qarşılıqlı ticarətin stimullaşdırılması üçün yaxşı vasitə İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyadır”

 

Nazirin sözlərinə görə, təbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi Bolqarıstan hökumətinin energetika sahəsində əsas prioritetlərindən biridir. O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsini reallaşdırmaqla Azərbaycan Avropa ilə Asiya arasında enerji əlaqəsinin yaradılmasında vacib rol oynayır:

 

“Bundan başqa, SOCAR-ın Bolqarıstanda evlərin qazlaşdırılmasında mümkün iştirakı ilə Azərbaycan ilə enerji əməkdaşlığı üçün yeni imkanlar açıla bilər”.




  Yayım tarixi :25 Iyun 2019   12:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .