XƏBƏR
11:43

  Şirməmməd Hüseynovla vida... - FOTO

Gündəm

Xəbər lenti

Bakı Dövlət Universitetində ötən gün dünyasını dəyişən Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

 

Agyol.az  xəbər verir ki, mərasimdə millət vəkilləri, ictimai xadimlər, media nümayəndələri iştirak edir.

 

BDU-nun  jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Ş. Hüseynovla bağlı xatirələrini bölüşüb:  "Şirməmməd Hüseynov müəllimlərin müəllimi, böyük insan idi. O, Azərbaycan mətbuatının ənənələrini bizə öyrətməklə klassik mətbuat məktəbi yaradıb. O, jurnalist və böyük tənqidçi idi. Mən özüm də Şirməmməd Hüseynovun tələbəsiyəm. Allah ona rəhmət eləsin".




  Yayım tarixi :25 Iyun 2019   11:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .