XƏBƏR
09:11

  “Facebook” öz kriptovalyutasını təqdim edəcək

Gündəm

Xəbər lenti

"Facebook" sosial şəbəkəsinin sahibi olan ABŞ-ın "Facebook Inc." şirkəti yeni kriptovalyutanın buraxılış planını təqdim edib. Bu haqda "Bloomberg" yazıb.

 

AgYol.az xəbər verir ki,  "Libra" adlandırılmış yeni valyutanın buraxılışı 2020-ci ilə planlaşdırılıb. Yeni kriptovalyuta "Stablecoin" kateqoriyasına aid ediləcək ki, bu da milli valyuta və qiymətli kağızlarla təmin edilməsini nəzərdə tutur. Beləliklə, "Facebook"un məqsədi "Libra" kriptovalyutasının kursunu sabit saxlamaqdır ki, onu gündəlik əməliyyatlar üçün istifadə etmək mümkün olsun.

 

"Facebook" şirkəti ümid edir ki, kriptovalyuta beynəlxalq səviyyəyə çıxa və dollara qarşı rəqabət apara biləcək.

 




  Yayım tarixi :25 Iyun 2019   09:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .