XƏBƏR
20:55

  Azərbaycan Prezidenti Sloveniyanın dövlət başçısını təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib.

 

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və rifah arzulayıram".




  Yayım tarixi :24 Iyun 2019   20:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .