XƏBƏR
20:51

  Prezident İlham Əliyev xorvatiyalı həmkarını təbrik edib

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

 

Agyol.az  xəbər verir ki, Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".




  Yayım tarixi :24 Iyun 2019   20:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .