XƏBƏR
14:11

  Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib - FOTO

Gündəm

Xəbər lenti

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi olub.

 

AgYol.az  xəbər verir ki, mükafatların təqdim edilməsi mərasimində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər.

 

Beş fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tailand, Kosta Rika, Koreya Respublikası, Çili və Avstriya olub.




  Yayım tarixi :24 Iyun 2019   14:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .