XƏBƏR
10:04

  Argentina Amerika Kubokunun play-off mərhələsinə vəsiqə qazanıb

Gündəm

Xəbər lenti

İyunun 23-də futbol üzrə Amerika Kubokunun B qrupunun sonuncu turu keçirilib.

 

AgYol.az xəbər verir ki,  görə Braziliyada keçirilən oyunda Argentina millisi Qətər yığması ilə qarşılaşıb.

 

Görüş Argentina komandasının 2:0 hesablı qələbəsi ilə bitib.

 

Qolları Lautaro Martinez (4-ci dəqiqə) və Serxio Aquero (82-ci dəqiqə) vurublar.

 

Qrup digər oyunda Kolumbiya yığması Paraqvayı 1:0 hesabla məğlub edib.

Argentina üç oyundan sonra dörd xal toplayaraq ikinci yeri tutub və play-off mərhələsinə vəsiqə qazanıb. Birinci yerdə Kolumbiya komandası qərarlaşıb.

 

Qeyd edək ki, Amerika Kuboku iyulun 7-də başa çatacaq.

 




  Yayım tarixi :24 Iyun 2019   10:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .