XƏBƏR
09:17

  Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

Gündəm

Xəbər lenti

V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.

Agyol.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.

 




  Yayım tarixi :24 Iyun 2019   09:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .