XƏBƏR
21:05

  Azərbaycan samboçuları Minskdə iki bürünc medal qazanıblar

Gündəm

Xəbər lenti

İyunun 22-də Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycan idmançıları iki bürünc medal qazanıblar.

 

Agyol.az xəbər verir ki, bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.

 

M.Xəlilov bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə böyük hesablı məğlubiyyətə uğradıb.

 

E.Həsənov bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

 

Qeyd edək ki, Minskdə keçirilən Avropa Oyunlarında millimizi 82 idmançı təmsil edir.

 

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib




  Yayım tarixi :22 Iyun 2019   21:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .