XƏBƏR
21:02

  "Çelsi"nin yeni baş məşqçisinin adı məlum olub

Gündəm

Xəbər lenti
Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi bəlli olub.

Agyol.az xəbər verir ki, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. Klub prezidenti Roman Abramoviçlə görüşən ingiltərəli mütəxəssis üç illik müqavilə üçün artıq razılığa gəlib.

Bilidirilir ki, Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. "Çelsi"nin 41 yaşlı mütəxəssis üçün çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyəcəyi deyilir.

Xatırladaq ki, Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.




  Yayım tarixi :22 Iyun 2019   21:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .