XƏBƏR
19:55

  Azərbaycan İkinci Avropa Oyunlarında ilk medalını qazandı - Akrobatika gimnastlarımız fərqləndi

Gündəm

Xəbər lenti

Minsk 2019" II Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də Azərbaycan milli komandası ilk medalını qazanıb.

AgYol.az xəbər verir ki, komandamızın aktivinə birinci medalı akrobatika gimnastlarımız yazdırıblar. Qarışıq komanda yarışında mübarizə aparan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib olub.

Bu yarışda qızıl medalı rusiyalı gimnastlar Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb. Bürünc medala Belarus təmsilçiləri Artur Beliakov-Volna Melnik layiq görülüblər.

Qeyd edək ki, bədii gimnastika üzrə çoxnövçülük yarışlarında təmsilçimiz Zöhrə Ağamirova topla hərəkətlərdə 17,850, gürzlərlə hərəkətlərdə isə 19,225 xal toplayaraq, iki hərəkətin cəmində 37,075 xal toplayıb.




  Yayım tarixi :22 Iyun 2019   19:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .