XƏBƏR
15:38

  Daha bir şəhərdən Bakıya avtobus reysi açıldı

Gündəm

Xəbər lenti

Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıdan Simferopola müntəzəm avtobus reysləri açılıb.

 

AgYol.az  xəbər verir ki, bu barədə RİA Novosti-yə "Krımavtotrans" şirkətinin rəhbəri İqor Korobçuk deyib.

 

"Bakıya reyslər keçən ay açılıb. Daşıyıcılar reysi həftədə bir dəfə həyata keçirəcəklər", - deyə Korobçuk bildirib.

 

O, həmçinin deyib ki, Belarusa da avtobus daşımalarının təşkil olunacağı gözlənilir.

 

"Minsk istiqamətində daşımalar hələ başlamayıb. Hazırda Moskvadan sənədlərin alınması məsələsi həll olunur", - Korobçuk deyib.




  Yayım tarixi :22 Iyun 2019   15:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .