XƏBƏR
12:15

  Cüdoçularımız ikinci Avropa Oyunlarına qələbə ilə başlayıblar

Gündəm

Xəbər lenti

İyunun 22-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə cüdoçularımız mübarizəyə qoşulublar.

 

AgYol.az  xəbər verir ki, tatami üzərinə çıxan ilk cüdoçumuz Oyunlara qələbə ilə başlayıb. Komandamızın üzvü Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə - otuzikidəbir finalda finlandiyalı Katri Kakkonu məğlub edib. Səkkizdəbir finalda onun rəqibi belçikalı Çarlin Van Snik olacaq.

 

 

Bu çəki dərəcəsində çıxış edən digər idmançımız – Larisa Florian isə polşalı Karolina Pienkovska ilə görüşəcək.

 

Qeyd edək ki, Oyunların ikinci günündə mübarizəyə 7 cüdoçumuz qoşulub. Azərbaycan idmançıları yarışların ikinci günündə boks, cüdo, sambo, gimnastika və stend atıcılığı yarışlarında iştirak edirlər.




  Yayım tarixi :22 Iyun 2019   12:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .