XƏBƏR
18:23

  Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Gündəm

Xəbər lenti

İyunun 21-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.


 AgYol.az xəbər verir ki,  seminarda Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Şirin Hüseynovun “Günəş radioşualanmasının zaman sıralarının modelləşdirilməsinin müasir problemləri” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzəçi deyib ki, mövzu üzrə aparılan işdə Günəşin müxtəlif radioastronomik qurğularda alınan müşahidə məlumatlarından istifadə olunub. Alınan məlumatlar əsasən Günəş atmosferində baş verən qeyri-stasionarlığı əks etdirdiyindən araşdırma dinamik fraktal tədqiqat üsulunun köməyi ilə aparılıb. Başqa sözlə, Günəşdə yaranan mürəkkəb proseslərin tədqiqində sinergetik yanaşma - dinamik sistemlərin qeyri-xəttiliyi və dissipativliyi nəzərə alınıb. Aşkar edilib ki, fraktal ölçü dərəcəsinin tapılmış qiyməti 1<Dt<1,5 olduqda Günəş radioşüalanması flaktuasiyalarının zaman sıraları davamlı (inersiyalı) zaman sıralarıdır. Müasir dinamik üsul olan fraktal təhlilin tətbiqi sayəsində Günəşdə mövcud olan proseslərin dinamik parametrlərini təyin etmək mümkündür.

 

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.




  Yayım tarixi :21 Iyun 2019   18:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .