XƏBƏR
17:57

  Milli Məclisin sədri Oqtay Əsədov II Avropa Oyunlarında boksçumuzun qarşılaşmasına baxıb

Gündəm

Xəbər lenti

İyunun 21-də ikinci Avropa Oyunlarının birinci günündə kişi boksçuların yarışları start götürüb.

 

AgYol.az  xəbər verir ki, boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) mübarizəyə başlayıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov və nümayəndə heyətimizin üzvləri boksçumuzun qarşılaşmasına baxıblar.

 

Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.

 

Xatırladaq ki, Oyunların birinci günündə rinqə çıxacaq digər iki boksçumuz Rahil Məmmədov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşacaqlar. R.Məmmədovun rəqibi Radoslav Panteleyev, M.Abdullayevin rəqibi isə Petar Belberov olacaqlar.




  Yayım tarixi :21 Iyun 2019   17:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .