XƏBƏR
16:36

  Ərdoğan İmamoğlunun həbs olunma ehtimalından danışıb

Gündəm

Xəbər lenti

"Hər şeydən öncə hüquqi durum nəysə, o da olacaq. Qərarı məhkəmə verəcək. Çünki vali öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcək. Bir şəhərin rəhbərinə "it" deyilməsinin cəzası nəysə, o cəza da veriləcək. Mən İstanbulun Böyük şəhər bələdiyyə sədriykən bir şeri oxuduğuma görə məhkum olundum, vəzifəm əlimdən alındı və həbsdə yatdım. Ona görə bu təcrübəmə əsaslanıb, deyirəm ki, o adam dediyi ifadələrə görə məsuliyyət daşımalıdır".

 

AgYol.az xəbər verir ki,  bunları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ordu şəhər valisi ilə bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu arasında yaşanan münaqişə haqqında danışarkən deyib.

 

Ərdoğan bir prezident olaraq valinin hüquqlarını müdafiə edəcəyini bildirib: "Mənim valimə edilən həqarətlərin sübutları ortadadır. O, seçilmiş olsa belə, həqarət cəzası bəlli bir müddəti keçərsə, bələdiyyə sədrliyi etibarsız olar".




  Yayım tarixi :21 Iyun 2019   16:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .