XƏBƏR
15:22

  SON DƏQİQƏ! Gürcüstan parlamentinin spikeri istefa verdi

Gündəm

Xəbər lenti

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

 

AgYol.az xəbər verir ki, bunu "Gürcü arzusu" partiyasının baş katibi bildirib.

 

Qeyd edək ki, ötən gün Tbilisidə spikerin istefası tələbi ilə etiraz aksiyası keçirilib.

 

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze nümayəndə heyəti ilə birgə ötən gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasını tərk edərək təcili geri qayıdıb.

Bu gün QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin və nümayəndə heyətinin Bakıdan Tbilisiyə qayıtmasının ölkədəki gözlənilməz hadisələrlə əlaqədar olduğunu bildirib.

 




  Yayım tarixi :21 Iyun 2019   15:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .