XƏBƏR
10:57

  Minsk-2019: Boksçularımızın rəqibləri dəqiqləşib

Gündəm

Xəbər lenti

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.

 

Agyol.az xəbər verir ki, iyunun 21-də start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.

 

Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur.

 

Kişilər

21 iyun, 1/16 final

56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)

91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)

+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

 

22 iyun, 1/16 final

60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)

69 kq. Lorenzo Sotomayor – Qurqen Madoyan (Ermənistan)

75 kq. Kamran Şahsuvarlı – Giorgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi

81 kq. Alfonso Dominqes – Stepan Hrekul (Ukrayna)

 

23 iyun, 1/16 final

64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)

 

1/8 final

49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

 

24 iyun, 1/8 final

52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

 

Qadınlar

24 iyun, 1/8 final

69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)

 

Qeyd edək ki, ikinci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.

 

Oyunlar zamanı Belarusun paytaxtına 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar 650 beynəlxalq, 410 yerli hakim tərəfindən idarə olunacaq.




  Yayım tarixi :21 Iyun 2019   10:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .