XƏBƏR
16:56

  Azərbaycanda təhsil sistemində çalışanların çoxu qadınlardır - RƏSMİ

Gündəm

Xəbər lenti

Statistik göstəriciyə görə, Azərbaycanda təhsil sistemində çalışanların çoxunu qadınlar təşkil edir.

 

AgYol.az xəbər verir ki,  bunu təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Dayanaqlı İnkişaf Məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender məsələsinin gözlənilməsidir.

 

İ.İsayev qeyd edib ki, ölkəmizdə təhsil sistemində çalışan müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 fazini qızlar təşkil edir: "Peşə təhsilində müəllimlərin 69 faizi, tələbələrin 33 faizi, orta ixtisas səviyyəsində müəllimlərin 78 faizi, tələbələrin 65,6 faizi qadınlardır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil alan qadınların sayı 50 faiz olsa da, magistratura səviyyəsində bu göstərici 54 faizdir. Doktorantura səviyyəsində təhsil alanların 56 fazini qadınlar təşkil edir. Hazırda fəlsəfə doktoru hazırlığı üzrə üzrə təhsil alanların 51, elmlər doktoru üzrə təhsil alanların 46 faizi qadınlardır"

Nazir müavini əlavə edib ki, hazırda dünyada 53 milyona yaxın uşaq məktəbə getmir. Həmin uşaqların çoxu münaqişə bölgələrində yaşayır. Dünyada 103 milyon gəncin savadlılıq səviyyəsi aşağıdır ki, bunun da 60 faizi qadınlardır.

 




  Yayım tarixi :18 Iyun 2019   16:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .