XƏBƏR
14:27

  İranda yeni aeroport terminalının açılışı olub

Gündəm

Xəbər lenti

İran prezidenti Həsən Ruhani İmam Xomeyni aeroportunun "Salam" sərnişin terminalının açılışını edib.


AgYol.az xəbər verir ki,  55 min kvadratmetr ərazidə yerləşən "Salam" sərnişin terminalı İmam Xomeyni aeroportunda sərnişin sayını ildə 5 milyon nəfər artıracaq. Beləliklə, bu aeroportun illik sərnişin qəbulu 13 milyon nəfəri keçəcək.

 

"Salam" terminalının açılışından sonra beş il ərzində İranşəhr terminalının ilk fazasının istismara verilməsi ilə İmam Xomeyni aeroportunun sərnişin qəbulu 25 milyon nəfəri ötəcək.

 

Qeyd edək ki, "Salam" terminalının inşası və istifadəyə verilməsi üçün təxminən 7 trilyon rial (təxminən 166 milyon dollar) vəsait xərclənib.




  Yayım tarixi :18 Iyun 2019   14:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .