XƏBƏR
11:17

  Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib

Gündəm

Xəbər lenti

Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir.


AgYol.az xəbər verir ki, bunu iyunun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ordumuzun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusunun helikopterləri uzaq məsafədən hədəfləri dəqiq vurmağa qadirdir.

Z.Həsənov qeyd edib ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.




  Yayım tarixi :18 Iyun 2019   11:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .