XƏBƏR
11:05

  Bakı-Quba-Rusiya avtomobil yolunun bir hissəsi təmir olunur

Gündəm

Xəbər lenti

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün səhər saatlarından etibarən iyun ayının 22-nə kimi (5 gün) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-132-ci kilometrlik hissəsində avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.


Agyol.az verdiyi məlumata görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən sözügedən yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




  Yayım tarixi :18 Iyun 2019   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .