XƏBƏR
10:48

  Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edirlər

Gündəm

Xəbər lenti

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Çində təlim-məşq toplanışında iştirak edir.


AgYol.az verdiyi  məlumata görə, məşqçilər Ramil Cəfərovun və Elnur Hidayətzadənin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi iyunun 22-dək davam edəcək.

Təlim-məşq toplanışı Çində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır. Stolüstü tennisçilərimiz iyunun 24-27-də Çin Xalq Respublikasının Hebei vilayətində təşkil olunacaq beynəlxalq turnirdə güclərini sınayacaqlar.




  Yayım tarixi :18 Iyun 2019   10:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .