XƏBƏR
09:53

  Misirin sabiq prezidentinin ölüm səbəbi məlum olub

Gündəm

Xəbər lenti
Misirin keçmiş prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.

Agyol.az xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. Həkimlərin sözlərinə görə, Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mürsi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.




  Yayım tarixi :18 Iyun 2019   09:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .