XƏBƏR
09:07

  Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?

Gündəm

Xəbər lenti

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 15 dəqiqə gecikmələr müşahidə olunub.

 

Agyol.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, gecikməyə səbəb qatarların birində yaranmış texniki nasazlıq olub:

 

“Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında dayanarkən texniki nasazlıq yaranıb. Nəticədə sərnişinlər həmin stansiyada boşaldılıb və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə fasilə yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.

 




  Yayım tarixi :18 Iyun 2019   09:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .