XƏBƏR
11:40

  İyunun 22-də hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Silahlı Qüvvələr Günü ərəfəsində iyunun 22-də saat 10.00-da Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü tədbirləri keçiriləcək.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

 

"Açıq qapı" günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.




  Yayım tarixi :14 Iyun 2019   11:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .