XƏBƏR
19:58

  Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb - SƏRƏNCAM

Gündəm

Xəbər lenti
Agyol.az xəbər verir ki, Prezident İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sənəddə qeyd edilir ki, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında 6-cı hissədə “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

Dəyişikliyə əsasən Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən edəcəklər; ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin edəcəklər.




  Yayım tarixi :13 Iyun 2019   19:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .